Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic Azərbaycana rəsmi səfərə gəlib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki günlük səfər çərçivəsində Srdjan Darmanovicin Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.