Noyabrın 14-də, saat 12:30-da Yevlaxda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşlarla görüş keçirəcək.
Nazirlikdən verilən məlumata görə, R.Quluzadə Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən, internet, televiziya, radio yayımı və poçt xidmətləri üzrə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlar Yevlaxda 02233 64646, Tərtərdə 02223 61554, Ağdamda 02632 50622, Bərdədə 02020 51515 nömrəli telefonlara zəng etməlidirlər.
Ceyhun ABASOV