https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Türkiyənin keçmiş qol kralı həbs edildi

Türkiyənin keçmiş qol kralı həbs edildi
Türkiyənin tanınmış futbolçusu, vaxtilə qol kralı olmuş Zafer Biryol saxlanılıb.
 
APA-nın Hürriyetə istinadən verdiyi xəbərə görə, Z. Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilib.
 
Hələlik Z. Biryola qarşı konkret hansı ittihamın irəli sürüldüyü məlum deyil.
 
Qeyd edək ki, Z. Biryol karyerası boyunca "Mersin İdman Yurdu", "Edirnespor", "Yeni Salihlispor", "Şekerspor", "Göztepe", "Fenerbahçe", "Bursaspor", "Çaykur Rizespor", "Konya Şekerspor", "Altay" komandalarında oynayıb. Milli komandanın heyətində 7 dəfə çıxış edib. Futbolçu karyerasını tamamladıqdan sonra Kanadaya gedib və Toronto şəhərində futbol klubu yaradıb. Lakin sonradan Türkiyəyə dönərək "Bandırmaspor" komandasının baş məşqçisi təyin olunub.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.