Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ muğam qrupu” İran İslam Respublikasının paytaxtı Tehranda solo konsert proqramı ilə çıxış edəcək.
Bu barədə AzərTAc-a məlumat verən sənətkar deyib: “Konsertimiz dekabrın 8-9-da Tehranın “Talar” konsert salonda reallaşacaq. Biz bir neçə müddətdir ki, konsertə hazırlaşırıq. Konsertdə məni Əməkdar artistlər Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran
Kərimov (nağara) müşayiət edəcək. Konsert çərçivəsində xalq və bəstəkar mahnıları ifa etməklə yanaşı, muğam və təsniflərimizə də müraciət edəcəyik”.