https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika qalibləri mükafatlandırıldılar

Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika qalibləri mükafatlandırıldılar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 3 dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan prezidenti İlham Əliyevin sosial müdafiə sahəsinə diqqət və qayğısının əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verdiyini vurğulayıb: "Prezidentin "Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər" sözləri bu gün əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılması üçün aparılan işlərin əsas məramını ifadə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti əlilliyi olan şəxslərin istedadlarının, bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına yönəlib. Nazirlik tərəfindən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə hər il üçün təsdiqlənən proqramlarda bununla bağlı mütəmadi olaraq tədbirlər əksini tapır. Həmin proqramlar əsasında qeyd olunan insanların tətbiqi sənət və bədii yaradıcılıq, həmçinin, stolüstü idman növləri üzrə bacarıqlarını nümayiş etdirmələri üçün hər il noyabr ayında ümumrespublika səviyyəli müsabiqələr, yarışlar təşkil olunur və ənənəvi olaraq Beynəlxalq Əlillər günü ərəfəsində bu müsabiqə və yarışların qaliblərinin mükafatlandırılması tədbirləri keçirilir".

Nazir bildirib ki, cəmiyyət tərəfindən rəğbətlə qarşılanan bu kimi tədbirlər əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara öz istedadları müqabilində ictimai-mədəni həyatda fəal iştirak imkanı qazandırır: "Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışları da hər üç ildən bir təşkil olunur. Bu yarışlarda ölkənin bütün rayon və şəhərləri üzrə əlilliyi olan şəxslərin və sağlamlıq imkanı məhdud uşaqların iştirakı təmin edilir. Məqsədimiz həmin insanların cəmiyyətə inteqrasiyasının, idman bacarıqlarının dəstəklənməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, onlarda özünəinam hissinin artırılmasıdır".

Tədbirdə iştirak edən yunan-roma güləşi üzrə Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə idman hərəkatının getdikcə gücləndiyi şəraitdə əlilliyi olan şəxslərin də idmana maraqlarının artırılması və idman bacarıqlarının üzə çıxarılması üçün təşkil olunan tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

İkiqat Paralimpiya Oyunları və ikiqat dünya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev isə əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin həmin insanların idmanın bu və ya digər növündə potensial imkanlarının aşkar edilməsində mühüm rol oynadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin çox önəmli olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər Beynəlxalq Əlillər günü ərəfəsində təşkil olunan bu tədbirin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

C.ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.