"Gələcəkdə Azərbaycanda daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur".
"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
"Bu mərkəzdə bütün dövlət qurumları cəmləşdiriləcək. Sevindirici haldır ki, hal-hazırda fəaliyyət göstərən data mərkəzə təkcə dövlət qurumları yox, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən şirkətlər də maraq göstərir", - deyə nazir vurğulayıb.
Azərbaycanın regionda ən böyük data mərkəzinə sahib olduğunu xatırladan R.Quluzadə Yevlaxda Ehtiyat Data Mərkəzinin qurulduğunu əlavə edib.