|
|
|
|
“Xatirə ədəbiyyatı” seriyasından növbəti kitab işıq üzü görüb. Yazıçı-publisist Mustafa Çəmənlinin xatirələrindən ibarət “Ürəyimdən kimlər keçdi” kitabı “XAN xatirə ədəbiyyatı” silsiləsinin sayca 37-ci kitabıdır.
“XAN” nəşriyyatından 525.az-a verilən məlumata görə, indiyədək 30-dan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirərləri toplanıb.
kitabda yazıçının nəşriyyatda işlədiyi vaxtlarda müxtəlif sənət adamları ilə görüşləri təsvir olunub, onlar haqda xatirələri toplanıb.
“Ürəyimdən kimlər keçdi” kitabının təqdimat və imza günü 13 yanvar, saat 15.00-da "Kitabevim.az" kitab mağazaları şəbəkəsinin "28 May" şöbəsində keçiriləcək.