|
|
|
|
İsrailin baş naziri Binyamin Netanyahu Fələstinlə sülh əldə etmək niyyətində olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Davosda ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra bildirib.
“Mən prezident Trampa Fələstinlə sülh əldə etmək niyyətində olduğumu izah etdim. Trampın bacarıqlı komandası bu istiqamətdə səylər göstərir”, - deyə Netanyahu qeyd edib.