|
|
|
|
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi hərbi əməliyyatı izləyən "Anadolu" agentliyinin müxbiri Sarp Özər yaralanıb.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, raket və top mərmisinin yaxınlığına düşməsi nəticəsində jurnalist əlindən və ayağından yara alıb.
S. Özər ilkin tibbi yardımdan sonra Türkiyədə xəstəxanaya çatdırılıb. Vəziyyəti yaxşıdır.