Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin bütün kreditorlarına müraciət edib.
Fonndan "APA-Economics"ə verilən məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər", - deyə məlumatda vurğulanıb.