Rusiyanın “RusLayn” aviaşirkəti Azərbaycana 3 istiqamət üzrə uçuşlara başlayır.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aviaşirkət uçuşları Ufa-Bakı, Samara-Bakı istiqamətində həftədə 3 dəfə, Moskva-Naxçıvan istiqamətində isə həftədə 5 dəfə yerinə yetirəcək.
Bundan başqa, “Severnıy veter” aviaşirkətinin öz təşəbbüsü ilə Yekaterinburq-Lənkəran istiqamətində uçuşları dayandırdığı bildirilir.