|
|
|
|
ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətə görə Rusiya və İranı tənqid edib.
APA-nın məlumatına görə, bu barədə CBS News xəbər verib.
“Rusiya və İranın son vaxtlar Suriyada törətdikləri rüsvayçılıqdır”, deyə D.Tramp bildirib.
O həmçinin ABŞ-ın Suriyada yalnız İŞİD-lə mübarizəyə görə qaldığını vurğulayıb: “Yeganə məqsədimiz terrorçulardan qurtulmaqdır. Bundan sonra Suriyanı tərk edəcəyik”.