|
|
|
|
Rəsmi Vaşinqton və Ankara ABŞ və Türkiyə Suriyanın Afrin bölgəsində gərginliyin azaldılmasını müzakirə edirlər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Edrien Renkin-Qellovey bildirib.
“Hazırda Afindəki vəziyyətlə bağlı diplomatik müzakirələr aparılır”, deyə Pentaqon rəsmisi qeyd edib.