|
|
|
|

“AybKitab” layihəsi çərçivəsində Xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın 525.az-a verdiyi məlumata görə, "Səhra yuxuları" pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib.
1980-ci ildə qələmə alınan pyes bu dəfə “Mütərcim” nəşriyyatında çap olunub. Kitabın önsözünün müəllifi yazıçı Pərvindir.



