Rusiya ilə Çin arasında tərəfdaşlıq sarsılmazdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib.
“İnamımız liderlərimiz arasında olan dostluq və etimada, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşməsi, beynəlxalq məsələlərdə səylərin əlaqələndirilməsi, iki ölkə arasında mübadilənin artımına əsaslanır”, deyə Van İ qeyd edib.
ABŞ-la münasibətlərə toxunan nazir deyib ki, iki ölkə arasında sağlam rəqabət mümkündür: “Biz hökmən rəqib olmamalıyıq, əməkdaşlığa səy göstərməliyik”.