ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb.
APA-nın məlumatına görə, bu münasibətlə ATƏT/DTİHB-nun Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker bu gün Bakıda mətbuat konfransı keçirib.
K. Yonker uzunmüddətli missiyanın isə gələn həftə Azərbaycana gələcəyini bildirib.