|
|
|
|
Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sabiq prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında baş verən toqquşmada 8 nəfər yaralanıb.
2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada təqsirləndirilir.