|
|
|
|
Ötən həftə ABŞ tərəfindən bir sıra rusiyalı oliqarxlara tətbiq olunan iqtisadi sanksiyalar nəticəsində rusiyalı milyarderlər maddi itkilərə məruz qalıb.
APA-nın məlumatına görə, bu barədə “Forbes” jurnalı yazıb.
Məlumata əsasən Rusiyanın 50 zəngin iş adamının ümumi itkisi 12 milyard dollar təşkil edib. “Forbes”un 2017-ci il üzrə reytinqinə əsasən 200 zəngin insan içərisində 23-cü yeri tutan Oleq Deripaska ən çox itirən biznesmendir. Onun "RusAl", "En+ Group" şirkətləri sanksiyalardan ciddi zərər görüb və dəyərini xeyli itirib.
Sanksiya siyahısında olmamasına baxmayaraq, “Forbes” reytnqində 8-ci yerdə qərarlaşan Vladimir Potanin də ciddi itki ilə üzləşib.
Adı sanksiya siyahısında olan Viktor Vekselberq isə təxminən 1 milyard dollar itirib.
Xatırladaq ki, aprelin 6-da rəsmi Vaşinqton 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiya tətbiqinə başlayıb.