|
|
|
|
"Hədəf" nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi "Ustad" 18-ci sayında da öz dəsti-xəttinə sadiq qalaraq yeni və maraqlı yazılarla oxucuların görüşünə gəlib.
Film və sənət haqqında yazılardan əlavə bu sayda gənc yazarların hekayələri üstünlük təşkil edir.
Bu dəfə "Ustad" Tural Əzimzadə, Xanım Anela, Tural Türksoy, Ceylan Mumoğlu, Tural İsmayılov, Aynur Əhməd, Şəfa Vəliyə öz səhifələrində yer ayırıb. Gənc araşdırmaçılar - Dilqəm Əhməd, Xəyalə Murad, Kamran Mahmudov, Nizami Hüseynov və Aybəniz Həsənovadan müxtəlif yönlü yazılar da dərc olunub. Bu sayın müsahibləri filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev və tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamaldır.
Şahanə MÜŞFİQ