|
|
|
|
Türkiyənin Şırnak vilayətində, Bestlər-Dərələr adlanan ərazidə yerləşən hərbi hissə PKK terrorçularının hücumuna məruz qalıb.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, iri kalibrli silahlardan açılan atəş nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb.
Hərbçilər terrorçulara cavab atəşi açıblar. Bölgədə aviasiyanın iştirakı ilə əməliyyat başlayıb.