Mayın 2-də 144 nömrəli tam orta məktəbdə tanınmış şair Nazim Əhmədli ilə "Bir ömür sevgi" adlı görüş keçirilib.
Görüşdə məktəbin şagird və müəllim kollektivi, rəhbərlik, valideynlər və poeziyasevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin direktoru Həcər Mahmudova, dil ədəbiyyat müəllimi Şəhla Abbasova şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, ictimai fəaliyyəti, Qarabağ döyüşlərində keçdiyi yoldan danışıblar.
Görüşdə Azərbaycan Televiziyası tərəfindən 2014-cü ildə Nazim Əhmədliyə həsr olunan "Göy üzünün adamı" video-çarxı nümayiş olunub.
Müəllimlərdən Firəngiz Bayramova, Vəsmiyyə Aslanova öz çıxışlarında belə görüşlərin şagirdlərin həyatında, təhsilində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Məktəbin şagirdləri Nazim Əhmədlinin şeirlərindən nümunələr söyləyiblər. 8-ci sinif şagirdi Aytel Hüseynzadə kanonda ifa edib.
Sonra Nazim Əhmədli yeni şeirlərini oxuyub və şagirdlərə Vətən sevgisi, təhsil uğurları ilə bağlı tövsiyələrini verib və onları maraqlandıran sualları cavablayıb. Sonda şair başda məktəbin direktoru H.Mahmudova olmaqla görüşün təşkilində əməyi olan hər kəsə, məktəb kollektivinə minnətdarlığını bildirib.
Şahanə MÜŞFİQ