Moldovanın paytaxtı Kişineunun nüfuzlu “Ədəbi icmal/Revista Literara” dərgisinin may sayında Azərbaycan ədəbiyyatına geniş yer ayrılıb.
Görkəmli moldovan-rumın şairi, Moldova Yazıçılar Birliyinin sədri Arkdie Suçevyanunun “Bakı mozaikası” adlı yazısı Nizami Gəncəvi heykəlinin böyük fotosunun müşayiətilə dərginin manşeti olaraq təqdim edilib.
“Avropa Şairlərinin Baharı”- VIII Beynəlxalq Poeziya Festivalında (Kişineu) iştirak edən şair Qismət Rüstəmovun “Bomj, Fizuli, ölü siçan” (tərc.: Dimitru Krudu) qəzetin 18-ci səhifəsində yer alıb.
Qəzetin son səhifəsi isə “Moldovada Azərbaycan Ədəbiyyatı Günləri öncəsi” başlığı ilə şair Səlim Babullaoğlunun “Avqust” şeirinə (tərc.: Nicolae Spetaru) “Avqust” şeirinə (tərc.: Nicolae Spetaru) həsr olunub.