"Bakı və Aşqabad arasında gündəlikdə olan əsas məsələ Xəzər dənizinin Türkmənistan və Azərbaycan sektorlarının delimitasiyasıdır. Bunun üzərində iş davam edir".
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, iki ölkə nümayəndələri arasında son görüş 2-3 ay əvvəl Bakıda keçirilib:
"Növbəti görüşün payıza qədər Türkmənistanda baş tutması gözlənilir. Düşünürəm ki, bu məsələnin razılaşdırılmasına çox yaxınıq".