../img/pics/medium/129128_un93cb8ap9.jpg Nazir: "Cənub Qaz Dəhlizi"nə maraq artır"
../img/pics/medium/129118_oni0f1jjz9.jpg Nazirlik rəsmisi: "Vergi islahatları sahibkarlara dəstəyə istiqamətlənib"
../img/pics/medium/129096_y9fj6u5gcl.jpg Zahiddin Abbasov: "Bizim dövrümüzdə kitab ən gözəl hədiyyə idi"
../img/pics/medium/129090_4hr2kfeb9a.jpg "Dodaqlarının bir öpüş yanğısı..." - Məhəmməd Turanın şeirləri
SON XƏBƏRLƏR
21 Fevral 2019
20 Fevral 2019

Tanınmış məşqçinin 75 yaşı tamam oldu

Tanınmış məşqçinin 75 yaşı tamam oldu<b style="color:red"></b>

Azərbaycanda cüdo idman növü üzrə ilk məşqçlərdən biri kimi tanınan əməkdar məşqçi Tərlan Həsənovun 75 yaşı tamam olub. O, müxtəlif beynəlxalq yarışlarda  ölkəmizi layiqincə təmsil edən çoxsaylı idmançılar yetişdirib. 

Valideynləri tanınmış incəsənət adamları olan Tərlan Həsənov kiçik yaşlarından idmana maraq göstərib. Yeniyetmə yaşlarında sərbəst güləş üzrə Bakı və respublika çempionu olub. Belarusda hava-desant qoşunlarında keçdiyi üçillik hərbi xidməti dövründə isə döyüş sambosunun və cüdonun sirlərinə yiyələnib, sonralar hər iki növ üzrə nailiyyətlər də əldə edib.

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirsə də, Tərlan müəllimin pedaqoji karyerası yalnız idmanla bağlıdır. O, uşaq-gənclər idman məktəbində, bir sıra idman klublarında müəllim-məşqçi kimi fəaliyyət göstərib. Ömrünün ahıl çağında da öz işindən ayrılmayan bu əməksevər məşqçi zəngin təcrübəsini, bilik və bacarığını yorulmadan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə sərf edir.

Bu günlərdə Bakının ziyafət salonlarından birində əməkdar məşqçinin anadan olmasının 75-ci ildönümü tənətənəli şəkildə qeyd edilib.Hazırda onun məşqçi-müəllim kimi çalışdığı “Judo Club 2012” idman klubunun da daxil olduğu “Azman” holdinqin rəhbərliyi tərəfindən təşkil olunmuş mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, dünya və Avropa çempionları, müxtəlif beynəlxalq yarışların qalibləri, yaxın və uzaq xaricdən gəlmiş qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edənlər Tərlan Həsənovun Azərbaycan idmanının inkişafındakı diqqətəlayiq xidmətlərindən, istedadlı məşqçi-müəllim və vətənpərvər insan kimiona xas olan məziyyətlərdən söz açıb, yubilyarla bağlı xatirlələrini söyləyiblər, xoş arzularını çatdırıblar.

Əməkdar məşqçi mərasimdəki çıxışında ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, cüdonun təbliğində və təşviqində, uşaq və gənclərə öyrədilməsində bundan sonra da fəal iştirak edəcəyini deyib.

 


 
Bölmənin digər xəbərləri
AFFA millinin rəqibini açıqladı AFFA millinin rəqibini açıqladı
Azərbaycan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayacaq....
18.02.19
Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb
Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb....
18.02.19
Saudiyyə şahzadəsi Saudiyyə şahzadəsi "Mançester Yunayted"i almaq istəyir
Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubunu almağa hazırdır. ...
17.02.19
Millimizin baş məşqçisi bəlli oldu Millimizin baş məşqçisi bəlli oldu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib....
11.02.19
Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda...
11.02.19
Son bir ayda 519 qanunsuz miqrant saxlanılıb Son bir ayda 519 qanunsuz miqrant saxlanılıb
2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb....
11.02.19
Emiliano Salanın cəsədi tapıldı Emiliano Salanın cəsədi tapıldı
Britaniyanın Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarından argentinalı futbolçu Emiliano Salanın cəsədinin tapıldığını və Portlend limanına gətirildiyini barədə məlumatı təsdiq...
08.02.19
Türkiyə Prezident Administrasiyasının futbol klubu yaradıldı Türkiyə Prezident Administrasiyasının futbol klubu yaradıldı
Türkiyədə ilk dəfə olaraq Prezident Administrasiyasının nəzdində "Cumhurbaşkanlığıspor" futbol klubu yaradılıb....
06.02.19
"2019-cu il mövsümündə "Formula 1" yarışında dəyişikliklər olacaq"
2018-ci il mövsümünün yekunlarına əsasən Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda Bakı möhtəşəm idman məkanıdır. ...
05.02.19
Bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqləndi Bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqləndi
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqlənib....
04.02.19
Aktauda Azərbaycan Gəncləri günü Aktauda Azərbaycan Gəncləri günü
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunda 2 fevral - gənclər günü ilə əlaqədar tədbir keçirilib....
04.02.19
Nurməhəmmədov 9 aylıq yarışlardan məhrum edildi Nurməhəmmədov 9 aylıq yarışlardan məhrum edildi
Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edilib....
30.01.19
Afrika Millətlər Kubokunun vaxtı Ramazan ayına görə dəyişdirildi Afrika Millətlər Kubokunun vaxtı Ramazan ayına görə dəyişdirildi
Ramazan ayına görə Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib. ...
28.01.19
“Qarabağ”ın sabiq prezidenti vəfat etdi “Qarabağ”ın sabiq prezidenti vəfat etdi
“Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov bu gün 69 yaşında dünyasını dəyişib....
28.01.19
Qurban Qurbanov: “Qarabağ” hər il qrupda oynayacaq deyə bir qanun yoxdur” Qurban Qurbanov: “Qarabağ” hər il qrupda oynayacaq deyə bir qanun yoxdur”
Demək olar ki, bütün komanda ona qardaş türkiyəlilərə xas tərzdə “hoca” deyə xitab edir. Ən çox da bu sözü onun dostu Rəşad Sadıqovun dilindən eşitmək olar. ...
21.01.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.