Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.
Havanın temperaturu 2-4 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru isə 2 dərəcə qədər şaxta olacaq.
Azərbaycanın rayonlarında sabah yağıntılı olacaq , sulu qar və qar yağacaq. Arabir intensivləşəcək.
Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti, dağlarda 8-13 dərəcə şaxta olacaq, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.