Yanvar ayının 11-də Parisdə keçirilən antiterror yürüşündə dünya siyasi liderləri də iştirak edib. ABŞ-dan isə yüksək səviyyəli rəsmilərdən heç kim bu mitinqə qatılmayıb.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Ağ Ev sözçüsü Coş Ernest bildirib ki, Parisdəki Respublika meydanında təşkil edilən yürüşə ABŞ-ın yüksək səviyyəli şəxslərinin qatılmamaları bir xəta olub.
Qeyd edək ki, antiterror mitinqində ABŞ-ın Fransadakı səfiri Cein Huntlei iştirak edib. ABŞ rəhbərliyindən heç kimin mitinqə qatılmaması isə dünya mətbuatında tənqid edilib.