|
|
|
|
Uzun zamandır efirlərdən uzaq düşən tanınmış teleaparıcı Elçin Əlibəyli bu gündən ANS TV-nin efirində görünəcək. ANS PRESS-in məlumatına görə, teleaparıcı "Açıq söhbət" teledebatı ilə televiziya tamaşaçılarının görüşünə gələcək.
İctimai nəqliyyatın problemlərinin müzakirə olunduğu verilişdə onun ilk qonaqları nəqliyyat nazirliyinin mətbuat katibliiyinin sözçüsü Namiq Həsənov və iqtisadçı-ekspert Zahid Məmmədovdur.
Elçin Əlibəylinin təqdimatında "Açıq söhbət" bu axşam-cümə günü saat 23:00-da efirdə olacaq.