BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub.
BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi vəzifəsinə əfqanıstanlı diplomat Qulam İsaqzai gətirilib.
Diplomatın Azərbaycana gəlişi aprel ayının əvvəllərinə gözlənilir. O bu vəzifədə hollandiyalı Antonius Bruku əvəz edəcək.