https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
search
26 Aprel 2024

Azərbaycan bayrağı “Lans”ın stadionunda- Foto

Azərbaycan bayrağı “Lans”ın stadionunda- Foto

Fransada Azərbaycanın təbliğatı istiqamətində tarixi addım atılıb.
 
Qol.Az-ın məlumatına görə, “Baghlan group”un prezidenti Hafiz Məmmədovun “Lans” klubunun səhmlərini almasından sonra Azərbaycanın üçrəngli bayrağı Fransa bayrağı ilə birgə Lans şəhərinin mərkəzi arenası sayılan və 41 min 233 tamaşaçı tutumu olan Feliks Bolların adını daşıyan stadionda dalğalanmağa başlayıb.

Qeyd edək ki, Azərbaycanın bayrağının stadionda dalğalanması Fransada çox güclü dayaqları olan erməni diasporunun etirazına səbəb olub. Onlar bir neçə dəfə “Lans”la Azərbaycanın əməkdaşlığına, eləcə də bayrağımızın stadiondan endirilməsinə çalışsalar da, buna nail ola bilməyiblər.

Yeri gəlmişkən, bu il Fransanın yüksək liqasına çıxmağı qarşısına məqsəd qoyan “Lans” bu mövsüm ikinci liqada keçirdiyi üç oyundan yeddi xal toplayıb.

Komanda bu mövsümdən meydana üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formayla çıxır.

Bu, H.Məmmədovun “Lans”ın səhmlərini almasından sonra mümkün olub.

Qeyd edək ki, Azərbaycan bayrağının “Lans”ın stadionunda dalğalanmasını əks etdirən şəkil ilk dəfə olaraq Qol.Az saytında yayımlanır. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.