../img/pics/medium/137252_84xu5jyjep.jpg Cümhuriyyət irsinin tədqiqinə sanballı töhfə
../img/pics/medium/137249_a9oqq9fzfi.jpg Meksikanın təbii xüsusiyyətləri və tarixinə qısaca baxış - Telman Orucov
../img/pics/medium/137248_5ixarluq12.jpg Kim daha çox sevə bilər? - Rəvan Cavid yazır
../img/pics/medium/137247_yh7ivab1kq.jpg Alman dili müəlliminin yaratdığı jurnalistika məktəbi
SON XƏBƏRLƏR
25 İyun 2019
24 İyun 2019

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - <b style="color:red">Fotolar</b>

Noyabrın 21-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Çempionat paytaxtın tanınmış idman klubu – “Judo Club 2012” üçün uğurlu olub. Klubun yetirmələrindən ikisi çempionatın qızıl, ikisi gümüş, biri bürünc medalını qazanıb. Komanda hesabında klub respublika üçüncüsü olub.

Cüdo üzrə Azərbaycan yığma komandasının üzlərinin və qonşu ölkələrdən gəlmiş təcrübəli cüdoçuların iştirakı çempionata daha yüksək maraq göstərilməsini təmin edib. Tatami üzərinə olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları ilə yanaşı kişilər və qadınlar arasındakı yarışda ilk dəfə gücünü sınayan gənclər də çıxıblar və sensasiya sayıla biləcək nəticələrə nail olublar.  Onlardan biri “Judo Club 2012”nin yetirməsi, 81 kq çəki dərəcəsində  birinci yeri tutan Murad Fətiyevdir. Gənclər arasında dünya və qitə  çempionatlarının iştirakçısı və mükafatçısı olan bu 19 yaşlı idmançı kişilər arasında respublika birinciliyində ilk dəfə iştirak etməsinə baxmayaraq finala doğru mübarizədə özünün istedad və xarakterini göstərə bilib. Murad yarımfinalda Rio Olimpiadasının (2016) gümüş mükafatçısı Avropa çempionu, dünya ikincisi Rüstəm Orucova qalib gəlib. Finalda isə o, öz  həmklubu,  kişilər arasında dəfələrlə yerli və beynəlxalq yarışların mükafatçısı, yığma komandanın üzvü  Afiq Səfərli üzərində üstünlük qazanıb.

“Judo Club 2012”nin digər yetirməsi Diana Şoranovanın da (63 kq) respublika birinciliyində debüt uğurlu olub. Ötən il gənclər arasında qızıl medal qazanmış bu balakənli qız indi də böyüklər arasında öz çəkisində respublikada ən güclü idmançı kimi özünü təsdiqləyib. Diana gənclər arasında bir sıra beynəlxalq turnirlərin də mükafatçısıdır.

Qızıl medal qazanmış hər iki cüdoçunun məşqçisi, əməkdar məşqçi Tərlan Həsənovdur. Tanınmış idman pedaqoqunun daha bir yetirməsi – gənclər arasında beynəlxalq yarışların mükafatçısı Nurlan Osmanov isə (66 kq) respublika birincliyinin bürünc mükafatına layiq görülüb. O da kişilər arasında ölkə birinciliyinin debütantı olmasına baxmayaraq, bu yarışda yığma komandanın üzvü, tanınmış cüdoçu Nicat Şıxəlizadəyə qalib gəlməyi bacarıb.

“Judo Club 2012”nin çempionatda gümüş medal qazanmış üzvü Aida Baxışovanın (70 kq) nəticəsi də uğurludur. Belə ki, Azərbaycan yığma komandasının üzvü olan bu idmançı ötən il  respublika birinciliyinin bürünc mükafatına layiq görülmüşdü.

Klub rəhbərliyinin ağır çəkili yeniyetmə cüdoçu Hüseyn Məmmədovun (120 kq) ilk dəfə respublika birinciliyində iştirakına şərait yaratması isə bu ümidverən gənc üçün çox faydalı olub. Gürcüstanda öz yaş qrupu üzrə iki gün əvvəl başa çatan beynəlxalq turnirdə qızıl medal qazanmış Hüseyn Bakıda respublika yığmasının üzvü olan təcrübəli cüdoçularla mübarizə aparıb. O, iki görüşü qələbə ilə başa çatdırsa da, tanınmış idmançı, beynəlxalq yarışların mükafatçısı Şahin Qəhrəmanova məğlub olaraq medallar uğrunda mübarizədən kənarda qalıb.

“Judo Club 2012”nin icraçı direktoru, əməkdar məşqçi, cüdo və sambo üzrə SSRİ idman ustası, veteran ustalar arasında beynəlxalq yarışın mükafatçısı Hafis Hacıyev əldə olunmuş nailiyyəti klubun rəhbərliyinin məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib.

“Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, əməkdar idman ustası Azər Əsgərov rəhbərlik etdiyi idman təşkilatının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına çalışır, klub üzvlərinin təkcə respublika yarışlarında deyil, həm də beynəlxalq turnirlərdə, dünya və qitə birinciliklərində iştirakına  lazımi dəstək verir, onların məşqlərinin səmərəli keçirilməsi üçün zəruri şərait yaradır.  Bu ilki respublika birinciliyində idmançıların qazandığı nailiyyətlərdən, klubun komanda hesabında üçüncü yer tutmasından qürur duyğunu bildirən Azər Əsgərov deyir: “Azərbaycan indi dünyada idman ölkəsi kimi tanınır. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi idman siyasətinin,  bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində  Azərbaycan idmançıları ən nüfuzlu, mötəbər beynəlxalq turnirlərdə yüksək yerlər tutur, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Belə şəraitdə biz veteranlar da öz imkanımız daxilində ölkə idmanın inkişafına töhfə verməyi özümüzə borc bilirik. “Judo Club 2012”nin qarşısında duran əsas vəzifə həm güclü və əzmkar idmançılar, çempionlar yetişdirmək, həm də gənclərimizə  vətənpərvərlik ruhu aşılamaqdır. Mənim əziz müəllimim, klubumuzun baş məşqçisi, Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan  Həsənov başda olmaqla məşqçilər heyətinin bu vəzifənin öhdəsindən layiqincə gəlməsi bizi sevindirir ”.

Onu da qeyd edək ki, “Judo Club 2012” 21 yaşadək olan gənclər (U-21) arasında cüdo üzrə  “Raquf Orucov Kuboku” ənənəvi beynəlxalq komanda turnirinin təşkilatçısıdır. Turnir 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancaına həlak olmuş əfsanəfi kəşfiyyatçı Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr olunur. Bundan başqa, klub rəhbərliyi Azərbaycan Kikboksinq Federasiyasının  Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr etdiyi turnirə də dəstək göstərib.


 

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

“Judo Club 2012”dən respublika birinciliyində uğurlu nəticə - Fotolar

Şəkil sayı: 4

 
Bölmənin digər xəbərləri
Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı
Bakı Gənclər Mərkəzində 23 iyun tarixində dünya şahmatının dəyərli simalarından olan həmyerlimiz Şəhriyar Məmmədyarovla şahmat seansı baş tutub. ...
24.06.19
“Judo Club 2012”nin  karateçiləri Budapeştdən 3 medalla qayıdırlar “Judo Club 2012”nin karateçiləri Budapeştdən 3 medalla qayıdırlar
Macarıstanın paytaxtı Budapeştdə Məktəblilərin Dünya Döyüş oyunları çərçivəsində keçirilən karate (WKF) yarışlarına yekun vurulub. ...
24.06.19
Rüstəm Orucov ermənini udub, yarımfinala çıxdı Rüstəm Orucov ermənini udub, yarımfinala çıxdı
2-ci Avropa Oyunlarında cüdo yarışları davam edir. ...
23.06.19
Bu gün II Avropa Oyunları başlayır Bu gün II Avropa Oyunları başlayır
Bu gün Belarusda II Avropa Oyunları start götürəcək. ...
21.06.19
Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi - Avroliqa Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri müəyyənləşdi - Avroliqa
Bu gün “Qəbələ”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk rəqibi müəyyənləşib....
19.06.19
"Qarabağ"ın 2-ci mərhələdəki rəqibi də bilindi
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb....
19.06.19
Mişel Platini ifadə verdikdən sonra azadlığa buraxılıb Mişel Platini ifadə verdikdən sonra azadlığa buraxılıb
UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb. ...
19.06.19
Platini həbs olundu Platini həbs olundu
UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub. ...
18.06.19
“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto “Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - Foto
İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib. ...
18.06.19
"Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü
Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb....
18.06.19
Qubada yeni futbol stadionu tikiləcək Qubada yeni futbol stadionu tikiləcək
"Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün...
12.06.19
Millimiz darmadağın oldu Millimiz darmadağın oldu
Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb. ...
11.06.19
Azərbaycan UEFA Avropa Liqasının finalından nə qədər gəlir əldə edib? Azərbaycan UEFA Avropa Liqasının finalından nə qədər gəlir əldə edib?
Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175...
11.06.19
Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq” Azad Rəhimov: “Oyunlara demək olar ki, tam hazırıq”
Bu gün Milli Olimpiya Komitəsində iyul 21-də Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib. ...
11.06.19
Millimiz Macarıstana uduzdu Millimiz Macarıstana uduzdu
Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir. ...
08.06.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.