Moskvada bir sıra görüşlər keçirən Suriya xarici işlər naziri Valid Muallem Rusiyanın kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı təklifini qəbul etdiklərini qəbul etdiklərini açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşən Valid Muallem Sergey Lavrovla çox məhsuldar görüş keçirdiyini söyləyib: “O, bizə kimyəvi silahlarla bağlı təklif verdi. Biz də bu təklifi qəbul etdik”.
Suriya XİN başçısı Suriyada döyüşən terrorçuların Türkiyədə silahlandırıldığını və təlim keçdiklərini də bildirib: “Terrorçular arasında Qafqaz və Çeçenistandan gələnlər də var. Türkiyə 83 ölkədən gələn terrorçuların təlim keçməsinə yardım edir. Ankara ilə Dəməşq arasında tarixi dostluq əlaqələrinə baxmayaraq, Türkiyə qarşı tərəfə düşmən mövqeyi sərgiləyir”.