Mayın 1-də "525-ci qəzet" 24 səhifə formatında çap olunacaq.
- "Yeniyetmə istedadından zəhmətkeç peşəkarlığına" - Akademik Nizami Cəfərov Rafiq Hacıyevin yaradıcılığına işıq tutur;
- "Novruz Nəcəfoğlu: ədəbiyyat adamı..." Pərvin tanınmış yazıçının yaradıcılığına nəzər salır;
- "Dünya bir yarpaq boydadı, biz də qonmuşuq üstünə..." - Nazim Əhmədlinin şeirləri;
- "Xalq məhəbbəti qazanmış xanəndə" - Aydın Ağazadə 65 illik yubileyini qeyd edən Səttar Nəsirovdan danışır;
- "Bir monoqrafiyanın təəssüratı" - Professor Nizami Xudiyev Allahverdi Eminovun "Məmməd Arazın poeziyası" kitabından yazır;
- "Ərtoğrul Cavidin taleyi və sənəti" - Fizzə Quliyeva nakam bəstəkardan söz açır;
- "Tarixi sənədlərin dili ilə..." - Tarix üzrə fəlsəfə elmləri doktoru Musa Rəhimoğlu (Quliyev) ədəbiyyatşünas Dilarə Əliyevanın "... Bir daha Ehsan xanın şair qızı Qonçabəyim haqqında" yazısına nəzər salır;
- "Motivasiya" - Leyla Camaldan daha bir esse;
- "Əmanət qəbirlər" - Sevil Məmmədova ilə Məsiağa Məhəmmədinin birgə araşdırması;
- "Sələfin kədəri xələfin poeziya tablosunda" - Professor Yaqub Babayev Rafiq Yusifoğlu şeiriyyatından danışır;
- "Bir də tanış olduq, ustad!" - Əlisəfdər Hüseynov məşhur tarzən Hacı Məmmədovun "Qızıl tarazlıq" qanunundan danışır;
- "... Ya bir olar, ya iki" - Vasif Quliyev Elşad Qocanın həyat və yaradıcılğından yazır;
- Prezident 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçidin anonsunu verdi - Rəsmi;
- İslahatlara alternativ yoxdur - Nazirlər Kabinetinin iclası oldu;
- "Ermənilərin əsassız iddiaları beynəlxalq hüququn prinsiplərin ziddir" - Elçin Əhmədovdan qondarma "soyqırım"a yanaşma;
- Erməni siyasi şüurunun cahilliyi - Şərh;
- Ərdoğan türk seriallarından danışdı - Açıqlama;
- Şou-biznesdə nələr baş verir?
- Azərbaycan futbolu bu gün...
- ən maraqlı mədəniyyət, siyasət, təhsil və iqtisadiyyat xəbərləri;
- və s.
SABAH KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN!