Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçikalıların Kralı Əlahəzrət Filippi təbrik edib.
"Report" "AZƏRTAC"a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".