Ukraynada yaşayan Azərbaycanlı fermer 273 il bundan öncə hazırda yaşadığı kəndin bünövrəsini qoymuş polkovnik Afanas Kovpakın abidəsini ucaltmaqla onun xatirəsini əbədiləşdirib.
1740 –cı ildə əsası kazak atamanı ,polkovnik Afanas Kovpak tərəfindən qoyulmuş Kovpakovka kəndi əhalinin sayına və ərazisinin böyüklüyünə görə Dnepropetrovsk vilayətinin ən böyük kəndlərindən biri hesab olunur.3 əsirə yaxın bir müddətdə bölgəni kənd təsərrüfatı məhsulları ilə təmin edən Kovpokovka kəndi SSRİ dağıldıqdan sonra aqrar sektorun inkişaf etdirilməsində biir çox çətinliklrələ üzləşib.Həmin dövrdə bacarığı və işgüzarlığı ilə kənd sakinləri ilə çiyin-çiyinə çalışmağa başlayan həmyerlimiz Xosrov Hüseynov qısa zamanda nəinki kəndin aqrar sektorunudakı problemləri həll edib o cümlədən kənddə böyük fermer təsərrütfatı yaratmaqla yerli əhalinin işlə təmin olunmasına müvəffəq olub.
525.az-ın məlumatına görə, Dnepropetrovsk Vilayət admnistrasiyası rəsmilərinin , Ali rada təmsilçilərinin ,Azərbaycan diaspora fəallarının və media nümayəndələrinin qatıldığı açılış mərasimində çıxışını Xosrov Hüseynovun xeyriyyəçiliyi və əməksevərliyi üzərində quran Maqdalinovka rayon icra Hakimiyyəti başçısının müavini Vladimir Masiç işgüzar Azərbaycan oğlunun təşəbbüsü ilə Kovpakovka kəndinin yaradıcısı və qurucusu olmuş polkovnik Afanas Kovpakın adına park salınmasını ,onun abidəəsinin ucaldılmasını Azərbaycan xalqının xeyriyyəçilik ənənələrinin davamı kimi səciyyələndirib.Tədbirdə Ukrayna Ali radasının deputatı Nkolay Savaşenka çıxış edərək,Azərbaycanla Ukrayna xalqının tarixi dostluq əlaqələrindən söz açıb.Azərbaycanlı iş adamı tərəfindən Ukraynanın qəhrəman oğlunun abidəsinin ucaldımasını Azərbaycanla Ukrayna arasındakı sarsılmaz dostluq əlaqələrinin bariz nümunəsi kimi dəyərləndirib.
-Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələri çox qədim tarixi köklərə bağlıdır.Mən çox şadamki, bu əlaqələr günü-gündən dahada inkişaf edir . 2 il bundan öncə Dnepropetrovsk vilayətinin deputatı Fəxrəddin Muxtarovun təşəbbüsü İlə Rudka kəndində Dnepropetrovsk vilayətinin alman faşizmindən azad olmasında xüsusi fədakarlıq nümayiş etdirmiş,sovet ittifaqi qəhrəmanı Mikayıl Ələkbərovun abidəsi ucaldılıb. Bu gün isə ,Dnepropetrovsk vilayətində yaşayan bir azərbaycanlının Ukraynanın xalq qəhrəmanının abdiəsini ucaltması,onun adına park salması onu göstərir ki,ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələri sarsılmaz və əbədidir. Mən fürsətdən istifadə edib,bütün Azərbaycan xalqını Prezident seçkilərini uğurla başa vurmaları münasibəti ilə təbrik edirəm. Əminəm ki, bu dəfə də Azərbyacan xalqının böyük etimadını qazanmış Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkələrimiz arasındakı dostluq əlaqələri dahada möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyacaq. - Deputat Nikolay Savaşenko bildirib .
Açılış mərasimində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev ,Dnepropetrovsk Vilayətinin deputatı Fəxrəddin Muxtarov və digər şəxslər çıxış edərək ,son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ukraynaya, Ukrayna prezidenti Viktor Yanukoviçin isə Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasındakı strateji əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdirildiyini diqqətə çatdırıblar.
Ukraynada yaşayan Azərbaycanlılar Ukraynanın ictimai –siyasi mədəni həyatında yaxından iştirak etməklə bu ölkənin inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Əminəm ki, Ukraynada yaşayan hər bir azərbaycanlı gələcəkdə Xosrov Hüseynovun həyata keçirtdiyi xoş və nəcib işləri davam etdirməklə xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına öz töhfələrini verəcəklər. - Rövşən Tağıyev bildirib .
Rəsmi çıxışladan sonra BUAK-nin sədri Rövşən Tağıyev və Maqdanilovka rayon deputatlar şurasının sədri Qriqori Miqur polkovnik Afanas Kovpakın abidəsinin üzərindəki rəmzi ağ örpəyi götürməklə 273 ildən sonra Kovpokovka kəndinin qurucusunun xatirsinin əbədiləşdirilməsinə şahidlik ediblər .
Açılış mərasiminə qatılanlara dərin minnətdarlığını bidirən Xosrov Hüseynov fermer təsərrüfatı ilə məşğul olduğu kəndin bünövrəsni qoymuş Afanas Kovpakın abidəsinin əbədiləşdirilməsini özünə mənəvi borc bildiyini vurğulayıb.Abidənin yerləşdiyi parkın Azərbaycanla Ukrayna dostluğunun əbədi simvoluna cevriləcəyinə əminlik ifadə edib.Sonra Kovpakovka kəndinin sosial problemlərinin aradan qaldırılmasında, yerli əhalinin işlə təmin olunmasında, məktəb və uşaq bağçalarına hərtərəfli dəstək verilməsindəki xidmətlərinə görə Xosrov Hüseynova Dnepropetrovsk vilayət admnistrasiyası adından fəxri fərman təqdim olunub. Açılış mərasımındə Ukraynanın xalq artisti Qurban Abbasovun ifa etdiyi şən və şux mahnılar, Azərbaycan və Ukraynanın rəqs ansanblının rəngarəng çıxışları tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşatdırıb.