Bu gün Bakı şəhəri Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilən magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar 15 avqust 2019-cu il tarixində gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.