Çin şirkəti "China Railway Tunnel Group" Gürcüstanda 9 kilometrlik yeni avtomobil tuneli inşa edəcək.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkətlə Gürcüstan Yollar İdarəsi arasında müqaviləni Gürcüstan hökuməti təsdiqləyib. Müvafiq sənədin bu həftə imzalanması gözlənilir. İnfrastruktur layihəsinin əsas maliyyəçisi Asiya İnkişaf Bankıdır. Qurum bu məqsədlə Gürcüstana 415 milyon ABŞ dolları ayıracaq.
Gürcüstanın İnfrastruktur Nazirliyi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xidmət edəcək yeni avtomobil yolunun mövcud problemləri həll edəcəyini və ilin istənilən vaxtı tranzit daşımalarnı mümkün edəcəyini bildirib.