Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi üzrə komitənin iclası keçiriləcək.
APA-nın xəbərinə görə, bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iclas noyabr ayında Bakıda keçiriləcək.