“İnqilabdan sonra ən ağır günləri yaşayırıq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin cənubunda Kirman əyalətinin rəsmiləri ilə görüşündə İran Prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, İran 1979-cu ilin islam inqilabından sonra ən ağır günlərini yaşamaqdadır.
"İndiyədək neft satışında bu qədər problemlə üzləşməmişdik”, - deyə İran Prezidenti bildirib.