../img/pics/medium/146527_2knbbc4zl7.jpg Türkiyə Rusiyadan yeni “S-400”lər ala bilər
../img/pics/medium/146520_vdiyibiqw7.jpeg Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
../img/pics/medium/146507_iv6yi209nl.jpeg Prezident: “Könüllülər qarşısında bütün imkanlar açıqdır”
../img/pics/medium/146504_i7trsbtvel.jpeg İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında
SON XƏBƏRLƏR
6 Dekabr 2019
5 Dekabr 2019

Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri

Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri <b style="color:red"></b>

"Judo Club 2012" Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirib.

Yarışın açılış mərasimində əvvəlcə Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən klubun icraçı direktoru Hafis Hacıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. Qeyd edilib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərib.  Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahədə apardğı məqsədyönlü siyasət nəticəsində isə indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları parlaq qələbələrindən danışan Hafis Hacıyev, həmçinin, başa çatmaqda olan ilin “Judo Club 2012”nin yetirmələri üçün də uğurlu olduğunu deyib. O, klubun idmançılarının həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenalarda ümidləri doğrultduğunu qeyd edib.

Sonra “Judo Club 2012”nin cüdo bölməsi üzrə məşqçisi, veteranlar arasında cüdo üzrə dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Zaur Paşayev turnir haqqında iştirakçılara məlumat verib,  onun yeniyetmə idmançıların yarış təcrübələrinin artmasında böyük rol oynayacağını qeyd edib.

Mərasimdə çıxış edən veteranlar arasında dünya və Avropa çempionatının qalib və mükafatçısı Müşfiq Cəfərov idmançıları ədalətli mübarizəyə çağırıb. Veteran cüdoçu həmçinin klubun uğurları barəsində də danışıb. O, əldə olunmuş nailiyyətləri "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra yarışlara start verilib. İki gün davam edən birincilikdə 200-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb. Birinciliyin ilk günündə 2008, 2009 və 2010-cu il təvəllüdlü idmançılar tatami üzərinə çıxıblar. İkinci yarış günündə isə 2006, 2007-ci il  təvəllüdlü cüdoçular həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar.

Komanda yarışlarının final mərhələsinə “Qardaşlar” komandası birinci yerə layiq görülüb. Həlledici görüşdə məğlub olan “Yenilməzlər” komandası isə gümüş medallara sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılar “Judo Club 2012”nin diplom və medalları ilə mükafatlandırılıblar. Qalib komandaya diplom və medallarla yanaşı, keçici kubok da təqdim olunub.

Tədbir iştirakçılarına, həmçinin üzərində Ulu Öndər Heydər Əliyevin rəsmi olan döş nişanı təqdim edilib.

Qaliblərə mükafatları cüdo və sambo üzrə SSRİ İdman ustası Asif Yusifov, SSRİ Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, veteranlar arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Rəsul Səlimov, Müşfiq Cəfərov, Mübariz Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Məmməd Məmmədov və başqaları təqdim ediblər.


 
Bölmənin digər xəbərləri
Şenol Günəş Bakıya gəldi Şenol Günəş Bakıya gəldi
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıya gəlib. ...
05.12.19
Britaniyalı jurnalistlə Qarabağ söhbəti Britaniyalı jurnalistlə Qarabağ söhbəti
Böyük Britaniyanın məşhur "The Independent" qəzetinin jurnalisti Robert O'Konnor "Qarabağ" komandasına həsr olunan kitab hazırlayır. ...
03.12.19
Messi 6-cı dəfə Messi 6-cı dəfə "Qızıl top"u qazandı
İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib. ...
03.12.19
“Judo Club 2012”nin uğur estafeti davam edir “Judo Club 2012”nin uğur estafeti davam edir
Paytaxtın ən müasir idman təsisatlarından olan “Judo Club 2012”nin yetirmələri ölkədaxili yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. ...
27.11.19
Ruslan Əfəndiyevin tələbələri Azərbaycanın MMA tarixini yazmağa davam edirlər Ruslan Əfəndiyevin tələbələri Azərbaycanın MMA tarixini yazmağa davam edirlər
Dünyaca tanınmış MMA məşqçilərindən olan Ruslan Əfəndiyevin tələbələri ardıcıl qələbəriylə həm ölkəmizi sevindirir həm də UFC, Bellator, Rizin, ACA kimi təşkilatların menecerlərinin diqqətini...
22.11.19
Ronaldo “Yuventus”dan gedir Ronaldo “Yuventus”dan gedir
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər. ...
21.11.19
Mourinyo “Tottenhem”in baş məşqçisi oldu Mourinyo “Tottenhem”in baş məşqçisi oldu
İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib. ...
20.11.19
Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da
Noyabrın 14-də Azərbaycanın məşhur MMA (Qaydasız döyüş) döyüşçülərindən olan Vüqar Kərəmov dünyanın ən nüfüzlu təşkilatlarından olan “Bellator”da karyerasının 16-cı peşəkar qarşılaşmasına...
12.11.19
AVRO-2020-nin rəsmi topu təqdim edildi AVRO-2020-nin rəsmi topu təqdim edildi
AVRO-2020-nin rəsmi topunun təqdimat mərasimi keçirilib....
07.11.19
AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi...
05.11.19
Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu
16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb. ...
05.11.19
Avropa çempionatında 7 medal - karateçilərimizin növbəti uğuru Avropa çempionatında 7 medal - karateçilərimizin növbəti uğuru
Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində Vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini...
05.11.19
“Judo Club 2012”nin gənc cüdoçularının yeni uğurları “Judo Club 2012”nin gənc cüdoçularının yeni uğurları
Son illərdə respublikamızın idman həyatında fəallığı ilə diqqət çəkən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda...
05.11.19
Qardaşların ən yaxşısı... Qardaşların ən yaxşısı...
Azərbaycanın Olimpiya mükafatçılarının sayı hazırda 35 nəfərdir. Bu siyahıda onların adı yoxdur, amma ola bilərdi və olmalıydı: Rəsul və Nurəddin Səlimovların... Təəssüf ki, idmanda bəxt amili də...
24.10.19
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto
Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo...
14.10.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.