|
|
|
|
"Apple" şirkətinin səhmləri cümə axşamı 2 faizdən çox artaraq 309,63 ABŞ dollarlıq tarixi rekord səviyyəyə çatıb.
"APA-Economics"in "Forbes"a istinadən verdiyi məlumata görə, belə bir artımın başlıca səbəbi şirkətin Çin bazarında satışlarının 18 faiz artması göstərilir. Məlumata görə, "Apple" ötən ilin dekabr ayında 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 mln. daha çox “iPhone” satıb.
Ümumilikdə, 2019-cu il ərzində şirkətin səhmləri 86 faiz artıb.