Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının da olduğu "Ax-3" komandası onları Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşıyacaq "SpaceX"in "Dragon" kapsuluna yerləşib.
525.az xəbər verir ki, "SpaceX" sosial media hesabı "X"də "Ax-3" komandasının kosmosa səyahət edəcəkləri kapsula çatdığı anları paylaşıb.
Paylaşımda xüsusi astronavt kostyumlarında buraxılış sahəsinə gəldikləri görülən "Ax-3" heyətinin "SpaceX"in BKS-ə gedəcəkləri "Falcon 9" raketinin yanında həyəcanlı olduqları müşahidə edilib.
Məhəmməd Tağıyev