
Polşanın Nikolay Kopernik Universitetinin astronomları Böyük Ayı bürcündə yeni planet kəşf ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun çəkisi Günəş sisteminin ən böyük planeti olan Yupiterdən 11 dəfə çoxdur.
HD 118203 adlandırılan sistemə daxil olan ulduzun səthində temperatur -100 dərəcədir.
Qeyd edək ki, Nikolay Kopernik Universitetinin astronomları daha əvvəl HD 118203 sistemində Yupiterdən 2 dəfə böyük daha bir planet aşkarlamışdılar.
L.Tağıyeva



