
Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group, əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group 2024-cü maliyyə ili üçün gözləntilərini qarşılamayıb.
Bu çərçivədə 1,5 milyon avtomobilin təsirləndiyini və əyləc sistemindəki problemlər səbəbiylə geri çağırılacağını açıqlayan şirkət, zəmanət xərclərində artım olacağını açıqlayıb. Bu açıqlamadan sonra BMW-nin səhmlərindəki azalma 11 faizi ötüb.
BMW həmçinin Çində tələbin durğunluğu səbəbindən satışlarının təsirləndiyinə və istehlakçı tələbinin zəif qaldığına diqqət çəkib.
Malik Atilay



