ABŞ-nin texnologiya nəhəngi "Google"un daha çox işçini ixtisar etmək və bəzi komandaları yenidən strukturlaşdırmaq qərarına gəldiyi bildirilib.
525.az xəbər verir ki, "Google" sözçüsü tərəfindən verilən açıqlamada şirkətin prioritetlərə və əhəmiyyətli imkanlara sərmayə qoyduğuna diqqət çəkilib. Bəzi komandalarda daha səmərəli olmaq və resursları tənzimləmək üçün böyük dəyişikliklər edildiyi xatırladılıb.
Bununla da işçilərə şirkət prioritetləri üzərində işləmək imkanı vermək üçün bürokratiyanın azaldıldığı və strukturların sadələşdirildiyi bildirilib.
Məhəmməd Tağıyev