../img/pics/medium/166319_6b0njxh84f.jpg "525-ci qəzet"in 13 avqust sayında nələr var? - ANONS
../img/pics/medium/166322_prqfrstuiy.jpg "Bilirdim ki, nə vaxtsa çəkdiyim əziyyətlərin bəhrəsini görəcəyəm" - Müsahibə
../img/pics/medium/166321_rv2bvx8bu1.jpg "Vətənpərvərlik mövzusunda olan mahnılarımı ruhumla, canımla hiss edərək yazmışam"
../img/pics/medium/166308_jqtuav2hsi.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
SON XƏBƏRLƏR
13 Avqust 2020
12 Avqust 2020

Olimpiada-2024-ün ev sahibi bilinib

Olimpiada-2024-ün ev sahibi bilinib<b style="color:red"></b>

2024-cü ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən 135-ci sessiyasında verilib.

Yarışa ev sahibliyi etmək üçün namizədliyini verən yeganə ölkə olan Cənubi Koreya bu hüquqa yiyələnib. Onlar səsvermədə 79 nəfərin etimadını qazanıblar. İki nəfər bunun əleyhinə olubsa, 1 nəfər bitərəf olub.

Olimpiya Oyunları Kanvondo əyalətinin mərkəzi Pxençxanda keçiriləcək. Lakin Olimpiadanın dağ xizəyi üzrə yarışlarının qonşu ölkə - KXDR-ın ərazisində təşkil olunması mümkündür.

Qeyd edək ki, 2012-ci ildən keçirilən yeniyetmələrin qış olimpiya oyunları 4 ildən bir baş tutur. Bir gün öncə Lozannada 3-cü dəfə təşkil olunan analoji turnirin açılış mərasimi olub.


 
Bölmənin digər xəbərləri
Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək
"Sabah” klubu futbolçusu Ramil Şeydayevlə yeni müqavilə bağlayıb. ...
01.08.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.