Bu gün Əhmədli qəsəbəsində yerləşən "Çudo peçka" mağazasında yanğın baş verib.
525.az-ın Day.az-a istinadən verdiyi məlumata görə, Xətai Rayonu Yanğın Təhlükəsizliyi İdarəsindən məlumatı təsdiqləyiblər:
"Bu gün saat 15:59-da "Çudo peçka" mağazasında yanğın olması barədə məlumat daxil olub. Yanğınsöndürmə xidmətinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Yanğın söndürülüb. Heç kim xəsarət almayıb. Yanğın elektrik naqillərindəki qısa qapanma nəticəsində baş verib".