../img/pics/medium/170267_m6fteyvqdl.jpeg Ermənilər Tərtər şəhərini artilleriya atəşinə tutur
../img/pics/medium/170254_5o6fx04l6i.jpg "525"-ci qəzetin 30 sentyabr sayında nələr var? - ANONS
../img/pics/medium/170208_5jcnuzjp0h.jpeg Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - Video
../img/pics/medium/170187_npnmyuu5xn.jpeg "Ermənistandan hərəkət edən S-300-lər anında məhv ediləcək"
SON XƏBƏRLƏR
30 Sentyabr 2020
29 Sentyabr 2020

Meyxanaçı Elşən Xəzər və Orxan Lökbatanlı cərimələndi

Meyxanaçı Elşən Xəzər və Orxan Lökbatanlı cərimələndi<b style="color:red"></b>

Dəfn mərasimində iştirak edən daha 2 nəfər məsuliyyətə cəlb olunub.

Xəbər verdiyimiz kimi, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji sərtlərinin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2  nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov ( Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.

Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunublar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.



 
Bölmənin digər xəbərləri
Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər. ...
24.04.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.