https://525.az/img/pics/medium/2023-09/284199_he2km5ueq1.jpg Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb
https://525.az/img/pics/medium/2023-09/284190_3yz08smrpl.jpg “525-ci qəzet”in 22 sentyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Təvazökar insan, vətənsevər ziyalı - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2023-09/284139_29rdzr3etl.jpg Üçüncü xəbərdarlıq
search
21 Sentyabr 2023

Puqaçovanın bağının satışına qadağa qoyuldu

Puqaçovanın bağının satışına qadağa qoyuldu

Uzun müddətdir İsraildə məskunlaşan Rusiyanın Xalq artisti Alla Puqaçova bağ evinə olan borca görə məhkəməlik olub.

525.az Axşam.az-a istinadən xəbər verir ki, müğənnidən 2021-ci il aprelin 1-dən 31 dekabr 2022-ci il tarixədək Berejki kəndində torpaq sahəsinin icarəsinə görə, 44 500 rubl (925 manat) tələb olunur.

Müğənninin 1990-cı illərdən bəri sahib olduğu bağın məhkəmə prosesi davam edir. Bu dəfə Puqaçova başqa bir hadisə ilə qarşılaşıb. Belə ki, onun nəvəsi Nikita Presnyakovun 225 milyon rubla satışa çıxardığı evin elanı saytdan götürülüb. Buna səbəb isə əmlakın satışına qadağa qoyulması olub. 

Vəkil Andrey Aleşkin məsələ ilə bağlı "Maliyyə öhdəliklərini bərpa etmək üçün qanunvericilik alqı-satqı əməliyyatını bloklayır. İstənilən halda məhdudiyyətlər yalnız məhkəmə tərəfindən qoyulur və məhkəmə icraçıları tərəfindən icra edilir. Məhdudiyyətlər məhkəmə yolu ilə istənilən cəzaya görə - vergi, kirayə borcları və sair ola bilər. Hesab edirəm ki, bu, Alla Puqaçovanın icarəyə götürdüyü sahəyə olan borcu ilə bağlıdır" açıqlamasını verib.

Puqaçova Rusiyadakı son biznesini də bağlayıb. O, "Alla Pugacheva" adlı ayaqqabı brendini bağlayıb. 

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.