https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
29 Mart 2024
28 Mart 2024

Ancelina Colidən qaçqınlara və imkansız qruplara dəstək

Ancelina Colidən qaçqınlara və imkansız qruplara dəstək

ABŞ-li aktrisa Ancelina Coli qaçqınlara və imkansız qruplara dəstəyi daha davamlı etmək üçün yeni moda təşəbbüsü başlatdığını açıqlayıb.

525.az xəbər verir ki, sosial media hesabından paylaşım edən Coli iştirakçıların ustaları, modelistləri və sahibkarlarının "Atelier Jolie" adını verdiyi marka ilə öz istehsallarını edəcəklərini açıqlayıb.

Layihə çərçivəsində istifadə olunmayan materiallardan istifadə ediləcəyinə diqqət çəkən Coli, öz qabiliyyətləri istiqamətində qaçqın və imkansız qruplardan ibarət böyük bir komandanı bir araya gətirəcəklərini və bu qruplara dəstəyi davamlı hala gətirməyi hədəflədiklərini vurğulayıb.

Layihənin "mədəni irsin zənginliklərini paylaşmağa kömək etmək və (moda) təşəbbüslərinin inkişafına dəstək olmaq" niyyətində olduğunu deyən Coli, müştərilərin köhnə paltarlarını təmir etdirmək və ya dəyişdirmək imkanına da sahib olacağını bildirib.
"Biz hamımız başqa insanların dizaynlarını toplaya və onlardan təsirlənə bilərik. Amma özünü ifadə etməyin ən yüksək forması və məncə, ən əyləncəlisi özümüz üçün yaratmaqdır", - deyə Coli vurğulayıb.

Coli 2022-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsindən istefa verəcəyini və qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqələr quraraq “fərqli işləməyin” vaxtının gəldiyini hiss etdiyini söyləmişdi.

Qeyd edək ki, 2001-ci ildə BMT çərçivəsində humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT-nin xoşməramlı səfiri vəzifəsinə təyin edilib.

Qoşqar Bəylərov

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.