https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
search
2 İyul 2026
1 İyul 2026

“Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır

“Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

525.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

• göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;

• iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;

• Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;

• mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.

Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.